Novxanıda avtomobillər toqquşub, ölən var.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 2-də saat 14 radələrində Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakinləri - A.Mirzəyevin idarə etdiyi “Hyundai” və Səbuhi Seyidovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Seyidov ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man