Mikroavtobusla yük maşını toqquşdu, 3 nəfər öldü; yaralılar var - FOTO - YENİLƏNİB

Yol qəzaları 29 Mart 2022 | 12:48
OXUNUB: 1155

Ağstafada baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb. APA-nın  xəbərinə görə, qəzada xəsarət alan 1966-cı il təvəllüdlü Vəliyeva Mirvari Mikayıl qızı Qazaxda xəstəxanada ölüb.

***

Bakı-Qazax magistralında baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb. "Report"un məlumatına görə, hadisə yerinə Ağstafada rayonundan 2, Qazax rayonundan 1, 113 - Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 "təcili yardım" avtomobili cəlb olunub. İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man