Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Yol qəzaları 28 Mart 2022 | 11:29
OXUNUB: 558

Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 27-si saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerlisi, 1961-ci il təvəllüdlü Nüsrət Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man