Kolumbiyanın şimalında məktəbliləri aparan avtobus uçuruma düşüb.
TASS xəbər verir ki, hadisə nəticəsində azı 6 azyaşlı ölüb. Bu barədə çərşənbə axşamı Santander qubernatoru Maurisio Hurtado məlumat verib.
“Laguna de Ortizes - San Andres yolunda məktəb avtobusu qəza törədib. Nəticədə 6 azyaşlı ölüb. Ümumilikdə 15 nəfər xəsarət alıb”, - deyə o “Twitter” səhifəsində yazıb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man