Bakıda daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda Avtosfer.az BAKU.WS-ə istinadən məlumat verir.
Bildirilib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə hərəkət edən 53 saylı marşurut qarşıdan gələn boz rəngli "Hyundai" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində iki sərnişin xəsarət alıb. Onlar dərhal əraziyə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar.
Toqquşma hər iki nəqliyyat vasitəsini sıradan çıxarıb. Onlara ciddi ziyan dəyib. Hazırda hadisənin baş vermə səbəbi araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man