Gəncədə üç tələbəni avtomobil vurub - FOTO

Yol qəzaları 17 Mart 2022 | 10:09
OXUNUB: 1423

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır qəza baş verib.

Avtosfer.az-ın xəbərinə görə, hadisə Fətulla Həsənov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil yol kənarında dayanan 3 tələbəni vurub.

Hadisəyə səbəb avtomobilin şinlərindəki nasazlıq olub.

Qəza zamanı Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Rzayev Eltun Arif oğlu, Şəki sakini 2003-cü il təvəllüdlü Məmmədov Pərvin Kamal oğlu və Tovuz sakini 2002-ci il təvəllüdlü Musayev Təbriz Pərviz oğlu müxtəlif dərəcəli bəədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlardan Rzayev Eltunun vəziyyəti ağırdır.

Məlumata görə, piyadalar Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır

APA

Gəncədə üç tələbəni avtomobil vurub-FOTOGəncədə üç tələbəni avtomobil vurub-FOTOGəncədə üç tələbəni avtomobil vurub-FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man