Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var - FOTO

Yol qəzaları 16 Mart 2022 | 14:49
OXUNUB: 6703

Bakıda betonqarışdıran maşın avtomobilin üzərinə aşıb, yaralananlar var.

Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, aeroport yolunda istiqamətdə olan betonqarışdıran maşın idarəetmədən çıxaraq "Opel" markalı avtomobilin üzərinə aşıb: "Nəticədə "Opel"də olan şəxslər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, təcili tibbi yardım briqadası cəlb olunub. Qəza zamanı yolda sıxlıq yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir".

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man