Tayvanda döyüş təyyarəsi dənizə düşüb

Yol qəzaları 14 Mart 2022 | 13:59
OXUNUB: 566

Çinin Tayvan bölgəsinə aid “Mirage 2000” tipli döyüş təyyarəsi təlim uçuşu zamanı dənizə düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə Tayvan adasının şərqində sahildən 16 kilometr məsafədə baş verib. Pilot Taytunq şəhərindəki bazadan havaya qalxandan təxminən bir saat sonra təyyarədə texniki nasazlıq olması barədə məruzə edib və yerli vaxtla səhər saat 11:26-da (Bakı vaxtı ilə 7:26) katapult edib. Xilasedicilər təxminən 40 dəqiqə sonra pilotu dənizdən çıxararaq hospitala çatdırıblar. Onun vəziyyəti sabitdir.

Fransa istehsalı olan təyyarənin qalıqları hələ tapılmayıb. Qəzanın səbəbləri bilinmir.

Qeyd edək ki, son illər Tayvanda hərbi təyyarə qəzaları tez-tez baş verir. Yanvarda “F-16” tipli təyyarə dənizə düşmüş və pilot həlak olmuşdu. Ötən il isə 2 ədəd “F-5E” tipli təyyarə təlim uçuşu zamanı toqquşaraq dənizə düşmüşdü. 2020-ci ilin sonunda isə “F-16” təyyarəsi havaya qalxdıqdan bir az sonra qəzaya uğramışdı.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man