Paytaxtda ahıl qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
“Ukrayna dairəsi” ərazisində 1953-cü il təvəllüdlü Behbudova Rühəngiz Bəhram qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man