İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə İmişlli-Bəhramtəpə yolunda qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.
Hadisə zamanı Beyləqan rayon sakinləri - 1991-ci il təvəllüdlü Quliyev Cavid Elxan oğlu və 1992-ci il təvəllüdlü Həsənli Kamal Əhliman oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man