Ağdaşda 3 avtomobil toqquşub, yaralılar var

Yol qəzaları 06 Mart 2022 | 20:46
OXUNUB: 1298

Ağdaş rayonu ərazisində zəncirvarı ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu gün saat 17:30 radələrində Ağdaş-Qəbələ yolunun Dəhnə kəndi ərazisində "VAZ 2107", "Mercedes" və "QAZ 2410" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdaş rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man