Kiyevdə minik avtomobili atəşə tutuldu - 2 ölü, 4 yaralı

Yol qəzaları 05 Mart 2022 | 13:29
OXUNUB: 786

Kiyev vilayətində mülki avtomobil Rusiya qoşunları tərəfindən atəşə tutulub.

Avtosfer.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev Vilayət Prokurorluğu yayıb.

Atəş nəticəsində avtomobildə olan 2 nəfər dünyasını dəyişib. Həlak olanların biri qadın, digəri 17 yaşlı qız olub.

Avtomobildə olan daha 4 nəfər isə yaralanıb. Onlar da 7 yaşından 17 yaşına qədər qızlardır.

Avtomobil yolda hərəkət edərkən üzərində "V" işarəli hərbi texnika kolonu ilə qarşılaşıb. Kolonda olan tank pulemyotlarından avtomobilə atəş açıldığı bildirilir. 

Martın 4-ü baş verən bu hadisə ilə bağlı cinayət işi başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man