Bu gün saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 dövlət qeydiyyat nişanlı avtobusun iştirakl ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Məlumata görə, sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-nin məsul şəxsi Sənan Səlimov Agentliyə çağırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man