Türkiyənin Tokat bölgəsində hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.
Avtosfer.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.
Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man