Bakının Nizami rayonunda yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobilin sürücüsü geriyə manevr edərkən əks istiqamətdən gələn “Hyundai” onun maşınına çırpılıb. Qəza nəticəsində “KİA” markalı nəqliyyat vasitəsində olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Zərbənin gücündən“KİA” deformasiyaya uğrayıb.
Qəzanın baş verdiyi əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man