Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Yol qəzaları 03 Mart 2022 | 10:09
OXUNUB: 799

Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 22-i saat 20 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Azər Rasulovun idarə etdiyi “VAZ-21140” markalı avtomobil hərəkətdə olarkən 1965-ci il təvəllüdlü İslam Əzizovu vurub. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralı bir neçə gün sonra orada ölüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man