Ağsuda zəncirvari qəza olub, ölən və yaralananlar var

Yol qəzaları 01 Mart 2022 | 12:18
OXUNUB: 1050

Ağsuda zəncirvari qəza olub, ölən və yaralananlar var.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 28-də Bakı-Şamaxı-Yevlax yolunun rayonun Kəlağayılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 1964-cü il təvəllüdlü Habil İsmayılov idarə etdiyi “Ford” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil qarşı zolaqda hərəkətdə olan sürücü, 1980-ci il təvəllüdlü Cabir Vahabovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Daha sonra “Ford” həmin istiqamətdə hərəkətdə olan sürücü, 1995-ci il təvəllüdlü Röyal Əhmədlinin idarə etdiyi “VAZ-21074” markalı avtomobili ilə toqquşub. Nəticədə H.İsmayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb, C.Vahabov və sərnişin , 1978-ci il təvəllüdlü Yaqut Quliyeva isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man