Riberi avtomobil qəzasına düşərək, başından xəsarət alıb

Yol qəzaları 01 Mart 2022 | 10:38
OXUNUB: 815

İtaliyanın "Salernitana" komandasının futbolçusu Frank Riberi yol-nəqliyyat qəzasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə vaxtı fransalı yarımmüdafiəçi avtomobilin sərnişini olub. Maşının işıqforla toqquşması nəticəsində 38 yaşlı oyunçu başından yüngül zədə alıb. Onun bərpasına bir həftəyədək vaxt lazım olacaq.

"Corriere dello Sport" xəbər verir ki, insident fevralın 27-nə keçən gecə yerli vaxtla saat 3-də baş verib. Aldığı xəsarət üzündən Riberi A Seriyasında XXVI turun "İnter"lə martın 4-də Milanda keçiriləcək görüşündə iştirak etməyəcək.

Təcrübəli futbolçu cari mövsüm 16 oyunda 2 məhsuldar ötürmə müəllifi olub. Hazırda "Salernitana" 25 matçdan 15 xalla 20-ci yerdə gedir.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man