Üç ay ömrü qaldığını öyrənən professor qaçırdığı təyyarə ilə yerə çırpıldı

Yol qəzaları 19 Fevral 2022 | 11:53
OXUNUB: 1062

İngiltərədə xərçəng xəstəsi olan və ömrünün sonuna üç ay qaldığını öyrənən professor qaçırdığı kiçik mühərrikli təyyarə ilə yerə çırpılaraq ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, Kristofer Vullard qəsdən qəza törədib.

Mədə xərçəngi olan 64 yaşlı alim tarla üzərindən uçarkən intihar edib.

Professor qəzadan əvvəl təyyarəni oğurladığı obyektlə radio əlaqəsi quraraq, hərəkətini izah edib və dəymiş ziyanı ödəmək üçün bank məlumatlarını qarşı tərəfə ötürüb.

Universitetdə kompüter elmləri sahəsində dərs deyən Vullardın 10 ildir uçuş dərsləri aldığı, bir müddət əvvəl mühazirələrini dayandırdığı bildirilib

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man