İcra hakimiyyətinin xidməti avtomobilləri qəzaya düşdü: Yaralılar var - FOTO

Yol qəzaları 18 Fevral 2022 | 20:12
OXUNUB: 1265

Beyləqan rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb. Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb. Hərəkətdə olan, 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, 11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşınında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.
Digər "Nissan" avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.
Yaralılar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.

 

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man