Zaqatalada baş verən yol qəzasında sürücü xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün günorta 12 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib. 2001-ci il təvəllüdlü Bakı şəhəri Binəqədi rayon sakini Samir Fəxrəddin oğlu Əliyev idarə etdiyi “BMW” markalı 90 FF 488 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sağ hissəsindəki maneəyə vurub. Qəza zamanı xəsarət alan sürücü Samir Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Samir Əliyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man