Göyçayda sürücü ana və oğlunu maşınla vurub qaçdı:ölən var

Yol qəzaları 13 Fevral 2022 | 10:20
OXUNUB: 1631

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə hadisə bu gün axşam saat 22:00 radələrində şəhərin Heydər Əliyev prospektində yerləşən mağazanın qarşısında qeydə alınıb.

Sürətlə hərəkət edən 99-İY-075 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobili mağazadan işdən çıxaraq yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Nəsirova Türanə Elsevər qızını və onun 14 yaşlı övladını vurub.

Yaralılar yaxınlıqdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Uşaq aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.

Qadının vəziyyəti ağır olaraq qalır.

Piyadaları vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man