Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.
Avtosfer.az xəbər verir ki, hadisə Liman şəhərindəki bazar yaxınlığında baş verib. Belə ki, “Azsamand” markalı avtomobil Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fərman Nizaməli oğlu Cavadovu vurub. Ağır xəsarətlər alan F.Cavadov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsində ilkin zəruri tədbirlər görüldükdən sonra özəl klinikalardan birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man