Ötən il sərxoş sürücülərin törətdiyi yol qəzalarının sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a bildiirlib ki, 2021-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib.
Nəticədə 8 nəfər həlak olub, 17 nəfər yaralanıb. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Qeyd edək ki, 2021-ci ildə 1649 yol-nəqliyyat hadisəsi baş verib, 706 nəfər həlak olub, 1452-si isə yaralanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man