Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü 42 yaşlı Fərmanov Şıxbaba Hüseynbaba oğlu Bakı istiqmətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Hadisə zamanı sürücü Şıxbaba Fərmanov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Fakt araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man