Balakəndə minik avtomobili elektrik dirəyinə çırpılıb, sürücü ağır xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Yevlax-Zaqatala Gürcüstan sərhəd magistiqal yolunun 153-cü kilometrliyində, Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən hissəsində baş verib.1989-cu il tavəllüdlü Balakən rayonun Qullar kənd sakini Nail Əlimərdan oğlu Telliyev idarə etdiyi “Mercedes Benz E220” markalı 90 TR 088 dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Poctbine kəndi istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edərkən idarəetməni itirməsi səbəbindən maşın yolun soluna cixaraq elektrik dirəyinə çırpılıb.
Qəza nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Nail Telliyev Balakən Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man