Bakıda avtomobillə piyadaları vurub qaçan sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fevralın 2-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakinləri N.Urşanova və S.Süleymanovanı vurub.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man