Bakıda dosentin yol qəzasına düşməsi nəticəsində 800 manatlıq ziyan dəyib

Yol qəzaları 04 Fevral 2022 | 14:49
OXUNUB: 472

Bakıda dosentin yol qəzasına düşməsi nəticəsində 800 manatlıq ziyan dəyib.

Avtosfer.az-ın əldə etdyi məlumata görə, hadisə paytaxtın Binəqdi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı Mühəndislik Universitetinin "Mühəndislik" fakültəsinin dekan müavini, dosent Osman Mirzəyevin idarə etdiyi avtomobil sərnişin avtobusu ilə toqquşub. Nəticədə xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, sxemi tərtib edilib, sonra ərazi üzrə Təhlükəsiz Şəhər kameraları incələnib.

Müəyyən olunub ki, avtobus sürücüsü manevr qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törədib.

Daha sonra tərəflər razılığa gəlib və O.Mirzəyevə 800 manat miqdarında dəymiş maddi ziyan ödətdirilib.

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man