Tovuzda yük maşını ilə minik avtomobili toqquşub, ölən var

Yol qəzaları 01 Fevral 2022 | 10:09
OXUNUB: 520

Tovuz rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 31-də Tovuz-Qovlar avtomobil yolunda qeydə alınıb.

Belə ki, İsmət Məmmədovun idarə etdiyi “Ford” markalı yük maşını ilə Vüqar Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobili toqquşub. Nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü V.Sadıqov aldığı xəsarətlərdən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır

Report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man