Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
Belə ki, Sadıqcan Əhmədov idarə etdiyi “BMW” markalı maşınla hərəkətdə olan zaman naməlum markalı nəqliyyat vasitəsinin sürücüsü qəfil onun qarşısında manevr edib. Bu zaman S.Əhmədov sükana nəzarəti itirib.
Həmin vaxt idarəetmədən çıxan “BMW” yolayrıcı beton arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.
Faktı Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man