Salyanda yol qəzasında bir nəfər xəsarət alıb.
Hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “NIVA” markalı avtomobil “QAZ-31” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1955-ci il təvəllüdlü Abukərimov Sakit Alıhüseyn oğlü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///report
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man