Batan qayığın göyərtəsində olduğu güman edilən 39 nəfər axtarılır

Yol qəzaları 26 Yanvar 2022 | 17:45
OXUNUB: 953

ABŞ Sahil Mühafizəsi Florida sahillərindən təxminən 70 km aralıda batan qayığın göyərtəsində olduğu güman edilən 39 nəfəri axtarır. AzVision.az xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin bəyanatında deyilir. Belə ki, naməlum şəxs Sahil Mühafizəsinə qayığın batması nəticəsində sağ qalan bir nəfəri Atlantik okeanda xilas etdiyi barədə məlumat verib. Xilas edilənin sözlərinə görə, o, 39 nəfərlə birlikdə ötən şənbə günü Baham adalarını gəmi ilə tərk edib.

Bir müddət sonra onların qayığı Florida sahillərindən təxminən 70 km aralıda fırtına nəticəsində batıb. Axtarış əməliyyatına çoxlu sayda qayıq və təyyarə cəlb edilib. Ehtimal olunur ki, qayıq qeyri-qanuni insanların daşınması üçün istifadə edilib.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man