Ağır yol qəzası keçirən azərbaycanlı müğənni danışdı: "Qəza vaxtı yatmışdım" - VİDEO

Yol qəzaları 26 Yanvar 2022 | 14:49
OXUNUB: 1024

"Bizimləsən" verlişinin çəkiliş heyəti bir müddət əvvəl ağır yol qəzasına düşən müğənni Baba Dərələyəzliyə baş çəkib.

Avtosfer.az xəbər verir ki, artıq iki aya yaxındır müalicə alan sənətçi başına gələn ağır yol qəzasından danışıb. Baba bədbəxt hadisənin ev şənliklərindən birindən qayıdarkən Bakı-Şamaxı yolunda baş verdiyini bildirib:

"Qəza vaxtı mən yatmışam. Avtomobili sürücüm idarə edirdi. O, mənim dayımoğludur. Hazırda daxili orqanlarımdan şikayətim yoxdur. Amma əməliyyat zamanı ayağıma taxılan dəmirlər yeriməyə imkan vermir. Bu günkü günümüzə şükr əgər ölmədiksə bunlar da keçər".

Qeyd edək ki, ağır yol qəzası sənətçinin daxili orqanlarında fəsadlar yaradıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Babanın dalağını çıxardıblar, qara ciyərinin isə bir hissəsini kəsiblər.

Ətraflı videoda:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man