Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəzabaş verib - FOTO

Yol qəzaları 26 Yanvar 2022 | 10:18
OXUNUB: 846

Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın xəbərinə görə, hadisə gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "Opel" markalı minik maşınının toqquşması nəticəsində hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüblər və ikisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, anası, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova, övladları, 2001-ci il təvəllüdlü Məriyəm Ceyhun qızı Kərimova2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli və hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar.

Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-nın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man