Türkiyədə zəncivari qəza: 37 maşın toqquşdu

Yol qəzaları 23 Yanvar 2022 | 22:05
OXUNUB: 1917

Türkiyənin Anadolu magistralının Düzce hissəsində güclü qar səbəbindən 37 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib.

Qəza nəticəsində magistralın İstanbul istiqaməti təxminən iki saat bağlanıb. Yolun təxminən beş kilometrlik ərazisini əhatə edən qəzada toqquşan avtomobillərdən beşi sərnişin avtobusu, ikisi mikroavtobus, yeddisi isə qoşqulu yük maşınıdır.

Hadisə ilə bağlı açıqlama verən Düzce vilayətinin səhiyyə müdiri Yasin Yılmaz indiyədək müxtəlif bədən xəsarətləri ilə 22 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

İstanbul istiqamətində daha bir qəza iki sərnişin avtobusunun baryerlərə çırpılması nəticəsində meydana gəlib. Şəhərin giriş hissəsində yolun böyük bir qismində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Türkiyədə qarlı hava şəraiti davam edir.///axar.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man