Qarlı yolda 10-a yaxın avtomobil qəzaya düşdü: YARALILAR VAR - FOTO

Yol qəzaları 20 Yanvar 2022 | 13:57
OXUNUB: 1018

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb.

Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər.

Şamaxı şəhəri ərazisində "NİVA" və "Mercedes Vita" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yolların qardan təmizlənməsi işləri görülsə də, qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir.

Qarlı yolda 10-a yaxın avtomobil qəzaya düşdü: YARALILAR VAR- FOTO

Qarlı yolda 10-a yaxın avtomobil qəzaya düşdü: YARALILAR VAR- FOTO

Qarlı yolda 10-a yaxın avtomobil qəzaya düşdü: YARALILAR VAR- FOTO

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man