Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.
Rayon sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Ramidə Bayramovanı vurub.
Ağır xəsarətlər alan piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man