Tayvanda qəzaya uğrayan F-16 qırıcı təyyarəsinin qalıqları tapılıb

Yol qəzaları 12 Yanvar 2022 | 19:15
OXUNUB: 2326

Tayvanda xilasedici dəstələr adanın qərb sahilində qəzaya uğrayan F-16V qirici təyyarəsinə aid qalıqların bir hissəsini aşkarlayıb.

AZƏRTAC Tayvan Mərkəzi İnformasiya Agentliyinə istinadla xəbər verir ki, təyyarəni idarə edən 28 yaşlı pilotun taleyi və onun katapultdan istifadə edib-etmədiyi məlum deyil.

Bir pilot tərəfindən idarə olunan F-16V qırıcı təyyarəsi təlim uçuşu zamanı radarlardan itib. Təyyarə Szyai bələdiyyəsi ərazisində yerləşən aviabazadan qalxdıqdan 30 dəqiqə sonra onunla əlaqə kəsilib. Şahidlər təyyarənin adanın qərbində Dunşi kəndi yaxınlığında dənizə düşdüyünü görüblər. Hazırda həmin ərazidə helikopter və katerlərin iştirakı ilə axtarış əməliyyatı davam edir.

Hadisədən sonra Tayvan Hərbi Hava Qüvvələri komandanlığı bu tip təyyarələrin uçuşlarının dayandırılması barədə göstəriş verib. Qəzanın səbəbləri hələlik müəyyən edilməyib. Təyyarə qəzaya uğrayan zaman hava şəraitinin normal olduğu bildirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man