Göyçayda minik maşını 3 avtomobillə toqquşaraq mağazaya girib - HADİSƏ ANI - VİDEO

Yol qəzaları 10 Yanvar 2022 | 13:24
OXUNUB: 98

Göyçay rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası baş verib.

Avtosfer.az-ın xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb

Yolda sürətlə hərəkət edən "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq kənarda dayanmış "VAZ 2106", "VAZ 21011" və "VAZ 2107" markalı avtomobillərə çırpılıb. Sonra "VAZ 2107" markalı avtomobil elektrik dirəyini aşırıb, telefon mağazanın pəncərəsindən içəri daxil olub.

Hadisə zamanı mağazanın qarşısındakı piyada səkisində olan bir nəfər və avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Telefon mağazasının sahibi Rauf Musayev APA-nın yerli bürosuna bildirib ki, hadisə zamanı mağazadakı işçilər xəsarət almayıb.

Qəza zamanı obyektin pəncərələri, içəridəki vitrinlər, mobil telefonlar, təmir avadanlıqları, aksesuarlar sınıb. Sahibkara ümumilikdə 4 min manatdan çox maddi ziyan dəyib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

<iframe width="560" height="315" src="//www.youtube.com/embed/v4olibVwGKs" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Göyçay, qəzaGöyçay, qəzaGöyçay, qəza

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man