Beyləqan rayonunda avtomobil qadını vuraraq öldürüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 8-i saat 21 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Şərq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Elşən Hüseynov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1972-ci il təvəllüdlü Yeganə Hacıyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlər səbəbindən hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man