Bakıda avtomobilin vurduğu qadın xəstəxanda ölüb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 5-i saat 7 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Şabanzadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülçöhrə Xudaverdiyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın yanvarın 6-da orada ölüb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man