Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.
Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi "Nissan" markalı avtomobillə “BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man