Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə hadisə rayonu Saratovka kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man