​​​​​​​Qusarda ana və oğlu yol qəzasında ağır xəsarət alıb

Yol qəzaları 29 Dekabr 2021 | 10:06
OXUNUB: 897

Qusarda ana və oğlu yol qəzasında ağır xəsarət alıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Çiləgir kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1964-cü il təvəllüdlü Əmirova Züleyxa Əkbər qızı və oğlu Əmirov Ramiz Yüsif oğlu ağır xəsarətlər alıblar. Yaralılar əvvəlcə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin vəziyyətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər. Müayinə zamanı Z.Əmirovaya qapalı kəllə-beyin travması, sağ bazu sümüyünün və sağ ayağının sınığı, R.Əmirova isə qapalı kəllə-beyin travması, sağ qamış sümüyünün və qabırğaların sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man