Türkiyə sahillərində miqrant qayığı batıb, ölənlər var

Yol qəzaları 29 Dekabr 2021 | 09:57
OXUNUB: 824

Türkiyənin Urla rayonunda, Sığacık körfəzi sahillərində, quruya yaxın ərazidə içərisində 26 miqrantın olduğu qayıq batıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının rəsmi saytı açıqlama yayıb.

Məlumata görə, üzərək sahilə çıxan 2 miqrant Sahil Mühafizə Komandanlığına məlumat verərək kömək istəyib. Bundan sonra ərziyə sahil mühafizə təyyarəsi, helikopter, 2 kater və dalğıc qrupu göndərilib. Sahil Mühafizəsi Xidməti əməkdaşlarının səyləri nəticəsində miqrantlar xilas ediliblər.

DHA-nın xəbərinə görə, ümumilikdə 24 miqrant salamat xilas edilib, 2 nəfərin meyiti tapılıb. Həyatını itirən miqrantın meyitləri Səfərihisar Dövlət Xəstəxanasına aparılıb.

Xilas edilən miqrantların sağlamlıqları müayinə edildikdən sonra onlar Miqrasiya İdarəsinə göndəriliblər

“Report”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man