Goranboy rayon Abbasqullular kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, "VAZ" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində, minik maşınında olan, 1990-cı il təvəllüdlü Kərimova Rəqsanə, 1988-ci il təvəllüdlü Kərimov Fəxri və 1959-cü il təvəllüdlü Tahirə Babayeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlardan F.Kərimov Goranboy rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man