Bakıda 2 nəfərin öldüyü hadisənin təfərrüatları– Maşında 5 nəfər olub

Yol qəzaları 14 Dekabr 2021 | 15:00
OXUNUB: 864

Dekabrın 12-də səhər saatlarında Bakı şəhər Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Avtosfer.az xəbər verir ki, yük avtomobilinin minik maşınları ilə toqquşması nəticəsində 2 nəfərin ölümü, daha 1 nəfərin isə ağır xəsarət alması faktı ilə bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 2 və daha artıq şəxsin ölümünə səbbə olduqda) maddəsi ilə iş açılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, ağır qəza 1965-ci il təvəllüdlü Arzu Ağarəşidovun idarə etdiyi “Howo” markalı yük maşınını Kürdəxanı qəsəbəsi ərazisində sola döndərərkən baş verib. Belə ki, yük maşını dönmə manevri edərkən onunla eyni istiqamətdə hərəkət edən və 1988-ci il təvəllüdlü Seymur Şahkərimovun idarə etdiyi “Mercedes C Class” markalı avtomobil arxadan ona çırpılıb. Daha sonra isə Həsən İsmayılovun sürdüyü “Nissan Sunny” də yük maşınına dəyərək dayanıb.

Hadisə nəticəsində “Mercedes”də olan 5 nəfərdən 3-ü ağır xəsarət alıb. Onlardan 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlu və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş digər sərnişin hadisə yerində vəfat edib. Daha bir sərnişin isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Publika.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man