Yeniyetmə sürücü 6 piyadanı vurub,ağaca çırpıldı

Yol qəzaları 13 Dekabr 2021 | 10:37
OXUNUB: 528

Ukraynanın Lutsk şəhərində polisdən qaçan yeiniyetmə sürücü idarə etdiyi avtomobillə piyada keçidində 6 nəfəri vurub, sonra ağaca çırpılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Volın vilayəti üzrə polis baş idarəsinin mətbuat katibi Olqa Buzuluk bildirib.


"Hadisə təxminən saat 14:40 (Baskı vaxtı ilə 16:40 - red.) baş verib. "Renault Megane" markalı avtomobili idarə edən 2005-ci il təvəllüdlü azyaşlı Lutsk şəhərinin Sobornost prospekti ilə daha iki azyaşlı sərnişinlə birlikdə hərəkətdə olub. O,yolu keçən 6 piyadanı vurub və daha sonra ağaca çırpılıb”, məlumatda bildirilib.

Buzuluk əlavə edib ki, yol qəzası nəticəsində beş yaşlı azyaşlı uşaq və onun 1982-ci il təvəllüdlü anası ağır xəsarət alıb. Onlar xəstəxanaya aparııb.

1980-ci il təvəllüdlü qadın da yaralanıb, o da xəstəxanadadır. Polis sözçüsü əlavə edib ki, daha üç qız yaralanıb və müayinədən sonra evə buraxılıb: "Digər azyaşlılar - 2005 və 2006-cı il təvəllüdlü piyadalar isə xəsarət almayıb. Sürücü ayıqdır, amma ondan qan analizi götürülüb. Müşahidə kameralarında qeydə alınan görüntülər incələnir. 

APA 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man