Qəbələ rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində maşınlardan biri yoldan çıxaraq kolluq əraziyə aşıb. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man