Meksikada miqrantları daşıyan yük maşını aşdı - 55 nəfər ölüb

Yol qəzaları 11 Dekabr 2021 | 00:01
OXUNUB: 808

Meksikanın cənubundakı Çyapas ştatında miqrantları daşıyan yük maşınının qəzaya uğraması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Rutilio Eskandon tviter hesabında bildirib.

“Dünənki avtomobil qəzasından sonra təəssüf ki, bu gün daha bir nəfər həlak olub, qurbanların ümumi sayı 55-ə çatıb”, - deyə o, tviterdə yazıb: “Federal hökumətlə birlikdə xəsarət alanlara və qurbanların yaxınlarına onların tək olmadığına zəmanət veririk. Mən zəruri yardım göstərilməsi barədə tapşırıq verdim, biz səylərimizi əsirgəməyəcəyik. Yol qəzasında 100-dən çox insan xəsarət alıb, onlardan bir neçəsi hələ də xəstəxanalardadır”.

Qeyd edək ki, hadisə cümə axşamı baş verib. Mərkəzi Amerikanın bir neçə ölkəsinin yerli sakinlərinin olduğu qoşqulu yük maşını Çiapas ştatının paytaxtı Tustla Qutyerres yaxınlığında istinad divarına çırpılaraq aşıb. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb, hüquq-mühafizə orqanları onu axtarır.

Avtomobil qəzasında insanların həlak olması ilə bağlı region prokurorluğu tərəfindən cinayət işi açılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man